ÇL-in pley-offuna yüksələn "Qarabağ" neçə milyon qazandı?

ÇL-in pley-offuna yüksələn "Qarabağ" neçə milyon qazandı?

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya"nı mübarizədən kənarlaşdıran (1:0, 5:1) "Qarabağ"ın pley-offa yüksəldiyi üçün nə qədər pul qazandığı bəllidir.

Fanat.Az-ın məlumatına görə, təmsilçimiz UEFA Avropa Liqasının (AL) əsas mərhələsində oynamaq hüququ əldə etdiyi üçün 4 milyon 310 min avro (təxminən 8 milyon 600 min manat) qazanıb.

Bundan başqa, Ağdam təmsilçisinin hesabına ÇL-in pley-offunda oynayacağına görə 4 milyon 290 min avro (8 milyon 500 min manat) köçürüləcək.  

Bu isə o deməkdir ki, "Qarabağ" pley-offdakı rəqibi "Ferentsvaroş"u keçə bilməsə belə, artıq büdcəsinə 8 milyon 600 min avro (17 milyon manat) əlavə edib. Təmsilçimiz Macarıstan təmsilçisinin öhdəsindən gələrək ÇL-in Liqa mərhələsinə çıxsa, 18 milyon 620 min avro (36 milyon 800 min manat) qazanacaq.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər