Kristof Qaltye: "Qarabağ"ı siyahıdan silməyək"

Kristof Qaltye: "Qarabağ"ı siyahıdan silməyək"

"Sent-Etyen"in baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsi çərçivəsində II turda qarşılaşacaqları "Dnepr"lə oyun öncəsi "Qarabağ"ı da favoritlər sırasında gördüyünü bildirib. Fanat.az xəbər verir ki, Fransa təmsilçisinin çalışdırıcısı Azərbaycan çempionunun 2-ci yer uğrunda mübarizə aparacağını düşündüyünü bildirib.

O, "Dnepr" və rəhbərlik etdiyi klubla yanaşı, Qurban Qurbanovun yetirmələrinin də kifayət qədər döyüşkən kollektiv olduğunu bildirib: "İtaliya təmsilçisi "İnter" və "Dnepr" qrupumuzun favoritləri hesab oluna bilərlər. Bu iki komandanın beynəlxalq oyun təcrübəsi daha zəngindi. Bugünkü oyun bir çox suallara aydınlıq gətirəcək. Ancaq "Qarabağ"ı siyahıdan silməyək. Bu komanda hələ öz sözünü deməyib. Başqa sözlə, bu qrupdan bütün komandaların çıxmaq şansları var".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər