İtaliyanın "Yuventus" klubunun futbolçusu
Kriştianu Ronaldu "Real Madrid"ə qayıdacağı ilə bağlı iddialara reaksiya verib.
Fanat.Az xəbər verir ki, "Yuventus"un ulduzu bu barədə sosial şəbəkə hesablarında yazıb. 36 yaşlı hücumçu bütün diqqətini hazırkı klubuna yönəltdiyini bildirib:
"Məni tanıyan hər kəs işimə necə diqqət yetirdiyimi bilir. Daha az danışmaq və daha çox hərəkət etmək mənim devizimdir. Mediada qeyri-ciddi məlumatlar var. Bu, komandalara və oyunçulara hörmətsizlikdir. "Real Madrid"də böyük uğurlar qazanmışam. Bütün bunlar "Santyaqo Bernabeu" stadionundakı muzeydə, həmçinin hər klub azarkeşinin beynində var. Bilirəm ki, "Real Madrid" azarkeşləri məni ürəklərində saxlayacaqlar".
Qeyd edək ki, Ronaldu 2018-ci ildə "Real Madrid"dən 120 milyon avro qarşılığında Turin təmsilçisinə keçib. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır.