Koxalski "Qarabağ"dan ayrıldı - Polşalının adı protokola salınmadı

Koxalski "Qarabağ"dan ayrıldı - Polşalının adı protokola salınmadı

Misli Premyer Liqasının 20-ci turu çərçivəsinsə "İmişli"nin qonağı olan "Qarabağ"ın qapısını Fabian Buntiç qoruyur. Polşalı bu dəfə rotasiyaya görə deyil, fərqli səbəbdən heyətdən kənar qalıb. 

Klubun mətbuat sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, Koxalski ayağında ağrılar hiss edir.

Bu üzdən həkimlər ona istirahət verilməli olduğunu lazım biliblər. Belədə, baş məşqçi Qurban Qurbanov Qubadakı matçda qolkiperin xidmətinə ehtiyac duymayaraq adının protokola salınmamasına qərar verib. 

"İmişli" - "Qarabağ" oyununda ağdamııların ikinci qapıçısı Amin Ramazanovdur. 

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər