Konte bu futbolçulardan birini "Napoli"yə gətirəcək - ADLAR

Konte bu futbolçulardan birini "Napoli"yə gətirəcək - ADLAR

"Napoli"nin baş məşqçisi Antonio Konte müdafiə xəttinə yeni futbolçu cəlb etmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercato" yayıb.

Xəbərə görə, italiyalı çalışdırıcı artıq bununla bağlı rəhbərliyə müraciət edib. Kontenin komandada görmək istədiyi futbolçulardan üçünün adı açıqlanıb. Bunlar Conni de Vinter ("Cenoa"), Omar Sole ("Udineze") və Sem Boekemandır ("Bolonya").  Neapol təmsilçisinin bu müdafiəçilərdən biri ilə müqavilə imzalayacağı vurğulanıb.

Qeyd edək ki, 33 tura 71 xal toplayan "Napoli" A Seriyasının turnir cədvəlində ikinci pillədə mövqe tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər