Konfrans Liqası: "Qarabağ"ın qolu "ən yaxşı" seçildi

Konfrans Liqası: "Qarabağ"ın qolu "ən yaxşı" seçildi

UEFA Konfrans Liqasında qrup mərhələsinin ən yaxşı qolu bəlli olub. Fanat.Az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Kadi Borqesin Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub etdikləri II tur oyunundakı dəqiq zərbəsi birinci yerə layiq görülüb. Sözügedən qarşılaşmada dubl edən 25 yaşlı braziliyalı yarımmüdafiəçi 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atmışdı.

Qeyd edək ki, qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olub. Kadinin qolu 28 faiz səs toplayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər