Konfrans Liqası: “Qarabağ”ın püşkatmadakı səbəti müəyyənləşdi

Konfrans Liqası: “Qarabağ”ın püşkatmadakı səbəti müəyyənləşdi

Avropa Liqasında mübarizəni başa vurduqdan sonra yoluna Konfrans Liqasında davam edəcək “Qarabağ”ın qarşılaşa biləcəyi potensial rəqiblərin adlarına aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, Ağdam klubu Avroliqadan düşən digər 7 komanda ilə birlikdə Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə mübarizə aparacaq.

Konfrans Liqasında yoluna davam edənlər “səpələnmişlər”, aralarında “Qarabağ”ın da olduğu Avroliqadan gələnlər isə “səpələnməmişlər” səbətində yer alacaqlar.

Səbətlərin tərkibi aşağıdakı kimidir:

Səpələnmişlər:

“Anderlext” (Belçika) “Bazel” (İsveçrə) “CFR Kluj” (Rumıniya) “Dnepr-1” (Ukrayna) “Fiorentina” (İtaliya) “Gent” (Belçika) “Lex” (Polşa) “Partizan” (Serbiya)

Səpələnməmişlər:

AEK (Larnaka, Kipr) “Budo Qlimt” (Norveç) “Braqa” (Portuqaliya) “Latsio” (İtaliya) “Ludoqorets” (Bolqarıstan) “Qarabağ” (Ağdam, Azərbaycan) “Şerif” (Moldova) “Trabzonspor” (Türkiyə)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər