"Qarabağ” UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, ağdamlılar III təsnifat mərhələsi çərçivəsində səfərdə Kiprdə AEL-i ilə qarşılaşıb. Larnakada baş tutacaq oyunun ilk yarısı qolsuz başa çatıb. İkinci hissənin ortalarında penaltidən buraxdığı qolla hesabda geri düşən Ağdam klubu oyuna əlavə olunmuş dəqiqələrdə məğlubiyyətdən qurtulub. Abdullah Zubir matçın yekun nəticəsini müəyyənləşdirib - 1:1.
Qeyd edək ki, tərəflər cavab görüşünü bir həftə sonra - avqustun 12-də Bakıda keçirəcək. Bu cütün qalibi pley-offda "Breydablik” (İslandiya) – "Aberdin” (Şotlandiya) duelinin güclüsü ilə qarşılşacaq.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
5 avqust
AEL (Kipr) – Qarabağ 1:1
Qollar: Stefan Skepoviç, 68 - Abdullah Zubir, 90+3.
AEL: 1. Vozinya (k), 4. Andre Teyşeyra, 44. Kire Ristevski, 27. Robert Mazan, 13. Bruno Santos, 6. Slobodan Medoyeviç, 8. Davor Zdravkovski, 20. Sito Riera, 12. Stefan Skepoviç, 16. Manuel Torres, 17. Euller.
Ehtiyat oyunçular: 30. Antreas Keravnos, 99. Elber Evora, 5. Tiyn Daverveld, 10. Franko Mazurek, 11. Alastair Reynolds, 15. Stilianos Panteli, 23. Vasilios Papafotis, 24. Dimitris Avraam, 28. Kostas Soteriu, 50. Andriya Maydevaç, 73. Brayan Pele, 77. Matko Babiç.
Baş məşqçi: Duşan Kerkez.
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 20. Kadi Borqes, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: QLENN NYUBERQ, Mahbod Beygi, Andreas Söderkvist, Boyan Panciç (hamısı İsveç).
Hakim-inspektor: Konrad Plautz (Avstriya).
UEFA nümayəndəsi: Alina Kapatina (Moldova).
Larnaka. "AEK Arena”. Saat 21:00