Konfrans Liqası: "Qarabağ"ın rəqibləri müəyyənləşdi

Konfrans Liqası: "Qarabağ"ın rəqibləri müəyyənləşdi

UEFA Konfrans Liqasında qrup mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ"ın da rəqibləri bəlli olub. 

Ağdam təmsilçisi H qrupunda yer alıb. Təmsilçimiz "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya" (Kipr) ilə mübarizə aparacaq.

Qeyd edək ki, reqlamentə görə, Konfrans Liqasının qrup mərhələsində 1-ci yeri tutan komanda birbaşa 1/8 finala çıxır.

Konfrans Liqasının qrup mərhələsində 2-ci yeri tutan komanda isə 1/16 finala yollanır və bu mərhələdə Avropa Liqasının qrup mərhələsində 3-cü yeri tutmuş komandalardan biri ilə 1/8 finala vəsiqə uğrunda qarşılaşır.

Qrupların tərkibi belədir: 

A qrupu LASK (Avstriya) "Makkabi" (Təl-Əviv, İsrail)  "Alaşkert" (Ermənistan)  HİK (Finlandiya)  B qrupu "Gent" (Belçika) "Partizan" (Serbiya)  "Flora" (Estoniya)  "Anortosis" (Kipr)

C qrupu "Roma" (İtaliya) "Zarya" (Ukrayna) "MOİK-Sofiya" (Bolqarıstan)  "Budyo Qlimt" (Norveç) 

D qrupu AZ (Niderland) CFR (Rumıniya)  “Yablonets” (Çexiya)  "Randers (Danimarka) 

E qrupu "Slaviya" (Praqa, Çexiya) "Feyenoord" (Niderland) "Union Berlin" (Almaniya)  "Makkabi" (Hayfa, İsrail)  F qrupu "Kopenhagen" (Danimarka) PAOK (Yunanıstan)  "Slovan" (Bratislava, Slovakiya)  "Linkoln" (Cəbəllütariq)  G qrupu "Tottenhem" (İngiltərə) "Renn" (Fransa)  "Vitess" (Niderland)  "Mura" (Slovakiya)

H qrupu "Bazel" (İsveçrə) "QARABAĞ" (AZƏRBAYCAN)  "Kayrat" (Qazaxıstan) "Omoniya" (Kipr) 

Qeyd edək ki, Konfrans Liqasında ilk turun oyunları sentyabrın 16-da baş tutacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər