KL: "Qarabağ" "Kayrat"ı yenib pley-offa çıxdı

KL: "Qarabağ" "Kayrat"ı yenib pley-offa çıxdı

Azərbaycanın avrokuboklardakı tək təmsilçisi “Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununa çıxacaq. 

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə “Kayrat”la qarşılaşıb.   Qazaxıstan təmsilçisi ilə görüş Almatı şəhərindəki “Ortalık” stadionunda baş keçirilib. Qarşılaşmanı moldovalı referi Dumitri Muntean idarə edib.   Oyun təmsilçimiz "Qarabağ"ın qələbəsi ilə başa çatıb - 2:1.   Qrupun digər matçında “Bazel” qonaq qismində “Omoniya”nı sınağa çəkib. Adalılar 1:1 hesablı heç-heçəyə nail olub.

Beləliklə, Qurban Qurbanovun komandası qrup liderliyinə yüksələrək növbəti mərhələyə vəsiqəni təmin edib.    Avropa Konfrans Liqası H qrupu 4 noyabr   19:30. Kayrat (Qazaxıstan) – Qarabağ 1:2

Qollar: Xose Kante, 68. - İbrahima Vaci, 57, Abdellah Zubir, 72. Baş hakim: Dumitru Muntean (Moldova). Almatı. “Ortalık” stadionu.

S   Komanda O Q H M V B F X
1   QARABAĞ 4 3 1 0 8 3 +5 10
2   Bazel 4 2 2 0 8 4 +4 8
3   Omoniya 4 0 2 2 3 8 -5 2
4   Kayrat 3 0 1 3 4 8 -4 1

 

   1/8 final         Pley-off

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər