Kiprli azarkeşlərə cavab: "Qarabağ"ın oyununda "Mehtər" marşı - VİDEO

Kiprli azarkeşlərə cavab: "Qarabağ"ın oyununda "Mehtər" marşı - VİDEO
"Qarabağ” Avropa Liqasının təsnifat mərhələsində dünən Kiprin AEL klubunu qəbul edib.
 
Cavab oyunda maraqlı anlar yaşanıb. Belə ki, matçın əvvəlində "Mehtər” marşı səsləndirilib. Oyun Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Qeyd edək ki, Kiprdə baş tutan oyun zamanı AEL fanatları "Qarabağ”a qarşı qeyri-etik hərəkətlərə yol vermişdilər. Təmsilçimizin bərabərlik qolundan sonra rəqib komandanın fanatları "Qarabağ”ın tribunasının arxasına keçərək təxribatçı şüarlar səsləndirmiş, bu hərəkətə son qoymadıqları üçün oyun referi tərəfindən dayandırılmışdı.//Lent.az
 

 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər