"Nyukasl"ın baş məşqçisi Stiv Bryus bu səfər də zarafatından qalmayıb.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, Bryus İngiltərə FA Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Mançester Siti" ilə oynanılan matçdan (0:2) sonra verdiyi açıqlamada "şəhərlilər"in yarımmüdafiəçisi Kevin De Bröynenin "Nyukasl"a keçəcəyini bildirib:
"De Bröyne burada qalacaq. Sizə bir eksklüziv xəbər deyim: Kevin "Nyukasl"a keçir (gülür). O, "Mançester Siti"dən bezib, "Nyukasl"da oynamağa hazırlaşır".
"Nyukasl"ın Səudiyyə Ərəbistanına məxsus investisiya fonduna satılması məsələsi hələ də həllini tapmayıb. İngilis mütəxəssis bu barədə də danışıb:
"Klubun sahibinin dəyişməsi məsələsinə gəlincə, məncə, hamı bu mövzunun istənilən halda həllini tapmasını istəyir. Premyer Liqa rəhbərliyi gec və ya tez qərar qəbul etməlidi.
Digər tərəfdən, biz bu qeyri-müəyyənlikdən bəhanə kimi istifadə edə bilmərik. Sadəcə, məsələyə aydınlıq gəlsə, daha yaxşı olar".
Fanat.Az