"Real Madrid" klubunun heyətində koronavirusa yolxuma faktı aşkarlanıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Kərim Benzemanın (Karim Benzema) testinin cavab müsbət çıxıb.
2021/2022 mövsümü başlamazdan əvvəl "Real Madrid" iki yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Komanda iyulun 25-i "Rencers"lə, avqustun 8-i isə "Milan"la yoxlama görüşü keçirəcək. Bu qarşılaşmalarda 33 yaşlı hücumçunun olmayacağı təstiqlənib.
Qeyd edək ki, "Real Madrid" La Liqanın I turunda "Alaves"ə qarşı oynayacaq. Görüş avqustun 14-ü keçiriləcək.
Emin Şəmsiyev