“Kəpəz”lə “Turan Tovuz” heç-heçəyə razılaşdı

“Kəpəz”lə “Turan Tovuz” heç-heçəyə razılaşdı
I Divizionda mövsümün ikinci hissəsinə hazırlığı davam etdirən "Kəpəz” növbəti yoxlama oyununu keçirib. 
Fanat.Az xəbər verir ki, sözügedən komanda Gəncə şəhər stadionunun süni örtüklü meydançasında I Divizionun digər təmsilçisi "Turan Tovuz” ilə qarşılaşıb. 
 
Görüş 1:1 hesabı ilə nəticələnib. Hər iki qol ikinci hissədə vurulub. Əvvəlcə "sarı-göylər” hesabı açıb. Meydana əvəzetmədən daxil olan yeni transfer Tural Qürbətov fərqlənib. Rəqib final fitinə kimi bərabərliyi yaxalayıb. Əzəmət Ələkbərli son nəticəni müəyyənləşdirib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər