"Kəpəz" və "Turan Tovuz"un oyunları təxirə salındı

"Kəpəz" və "Turan Tovuz"un oyunları təxirə salındı
Futbol üzrə Azərbaycan I Divizionunun iki oyunu təxirə salınıb.
Fanat.Az xəbər verir ki, XIII turun "Kəpəz" - "Qaradağ Lökbatan" və "Turan Tovuz" - "Sumqayıt - 2" görüşləri ertələnib.
Tovuzdakı qarşılaşma ötən gün 51-ci dəqiqədə qarın yağması səbəbindən yarımçıq dayandırılmışdı. Görülən bütün tədbirlərə baxmayaraq, yağıntı davam etdiyindən görüş təxirə salınıb.
Gəncədəki qarşılaşma da analoji hava şəraiti ilə əlaqədar baş tutmayıb.
Hər iki matçın yeni tarixi hələlik müəyyənləşməyib.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər