İngiltərə nəhəngi "Arsenal" “Yuventus”un türk ulduzu Kenan Yıldız üçün böyük bir transfer planı üzərində işləyir.
Fanat.Az xəbər verir ki, London klubu gənc hücumçunu heyətinə qatmaq məqsədi ilə “Yuventus”a 43 milyon avro + Qabriel Jezusu təklif etməyə hazırlaşır.
"Topçular" Kenanı klubun uzunmüddətli layihəsinin əsas hissəsi kimi görür və bu keçidi qış transfer pəncərəsində reallaşdırmağı hədəfləyirlər. “Yuventus”un ortaya qoyacağı mövqe isə indilik bəlli deyil.
22 yaşlı Kenan bu mövsüm İtaliya klubunun heyətində parlaq çıxışı ilə diqqət çəkib və bir çox Avropa nəhənginin transfer siyahısına daxil edilib.
Kamil Xudiyev