Kanales "İnter" uddu, "Qarabağ" "Simurq"u

Kanales "İnter" uddu, "Qarabağ" "Simurq"u
Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib. Fanat.az хəbər verir ki, mərhələnin hər iki matçı eyni gündə baş tutub.
Əvvəlcə "Qarabağ"la "Simurq" meydana çıxıb. Bu mövsüm Premyer Liqada bu rəqibini 3 dəfə məğlub edən (1:0, 3:2, 1:0) Ağdam klubu yenə qələbə qazanıb. Matçın yeganə qoluna 15-ci dəqiqədə Cavid Tağıyev imza atıb.
"Neftçi" isə "İnter"i sınağa çəkib. 2 qolun vurulduğu oyunda "ağ-qaralar" 2:0 hesablı qələbə qazanıb. Hər iki qola Nikolas Kanales imza atıb. 
Qeyd edək ki, yarımfinalın cavab oyunları aprelin 21-də keçiriləcək.
Azərbaycan Kuboku
1/2 final
İlk oyunlar
13 aprel
Qarabağ - Simurq 1:0
Qol: Cavid Tağıyev, 15.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (6. Hacı Əhmədov, 88), 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 9. Reynaldo Silva, 11. Danilo Dias (41. Leroy Corc, 76), 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda (10. Muarem Muarem, 76), 24. Admir Teli, 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 21. Tural Rzayev, 25. Ansi Aqolli.
Baş məşqçi: Qurban Qurbanov.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 6. Samir Zərgərov, 10. Rəşad Eyubov (13. Ali Gökdemir, 62), 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot (22. Cihan Özkara, 78), 88. Marko Stanoyeviç (15. Stepan Polyak, 85).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 7. Elnur Abdullayev, 8. Patrik Osiako.
Baş məşqçi: Georgi Çixradze.
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
"İnter Arena". 1400 tamaşaçı.
 
Neftçi - İnter 2:0
Qollar: Nikolas Kanales, 20; 71. 
Neftçi: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 10. Julius Vobay, 11. Nikolas Kanales (17. Rəhman Hacıyev, 77), 18. Kaue da Silva  (3. Denis Silva Kruz, 46), 16. Əziz Quliyev, 19. Mirhüseyn Seyidov (k), 21. Samir Məsimov (4. Rahil Məmmədov, 88), 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 20. Fəhmin Muradbəyli, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.
İnter: 25. Səlahət Ağayev (k), 8. Mikel Alvaro, 10. Elvin Məmmədov  (80. Nizami Hacıyev, 46), 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 19. Sezar Meza Kolli (22. Əfran İsmayılov, 64), 21. Arif Daşdəmirov, 23. Vojislav Stankoviç, 28. Baçana Tsxadadze (82. Ruben Şaken, 79), 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 99. Eyyub Əliyev, 4. İvan Benitez, 24. Fuad Bayramov, 33. Matiya Şpiçiç.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Rza Məmmədov, Elşən Acalov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
"Bakcell Arena". 1500 tamaşaçı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər