Kadi "Qarabağ"dan ayrılıb? - AÇIQLAMA

Kadi "Qarabağ"dan ayrılıb? - AÇIQLAMA

"Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda - "Çelsi" ilə Bakıdakı matçda zədələnən və 8-10 həftə müddətinə yaşıl meydanlardan kənarda qalacağı açıqlanan Kadinin aqibətinin necə olacağı çoxlarını maraqlandırır.

Klubun sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçi vətəninə yollanmayıb:

"Kadi hazırda Bakıdadır. Həkimlərin nəzarəti altında müalicəsini davam etdirir".

Ağdam təmsilçisi bu gün Misli Premyer Liqasının 12-ci turu çərçivəsində "Sumqayıt"ın qonağı olacaq. Matçın start fiti 19:00-da səsləndiriləcək.

"Qarabağ" Kadinin adını Çempionlar Liqasının iştirak ərizəsindən çıxararaq onun yerinə ispaniyalı yarımmüdafiəçi Xoni Montieli sifaiş edib.

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər