Kadi "Krasnodar"dan ayrılır - "Qarabağ"a qayıdır?

Kadi "Krasnodar"dan ayrılır - "Qarabağ"a qayıdır?

"Krasnodar"ın yarımmüdafiəçisi Kadi Borgesin qışda Rusiya klubundan ayrılacağı gözlənilir.

Fanat.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.

"RB Sport" braziliyalı futbolçunun agenti Helsio Aliskdən məsələyə münasibət öyrənib. O, futbolçunun klubu tərk edə biləcəyini istisna etməyib.

“Kadi qışda "Krasnodar"ı tərk edə bilərmi? Mən heç bir şey bilmirəm. "Krasnodar"dan soruşun”.

Belədə onun yenidən "Qarabağ"a dönüşü istisna olunmur.

Xatırladaq ki, braziliyalı yarımmüdafiəçi "Krasnodar"a bu ilin yanvarında “Qarabağ”dan keçib. 27 yaşlı oyunçu "öküzlər"in heyətində 32 oyun keçirib və görüşlərdə 7 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" Kadinin dəyərini 3,5 milyon avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər