Joze Mourinyunun "Real Madrid"dəki "toxunulmazları" bilindi

Joze Mourinyunun "Real Madrid"dəki "toxunulmazları" bilindi

"Real Madrid"in baş məşqçisi Joze Mourinyunun komandada gələcək planları üçün əsas dayaq nöqtələri hesab etdiyi futbolçuların adları müəyyənləşib.

Fanat.Az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis heyətdə dörd futbolçunu tamamilə "toxunulmaz" statusunda görür.

Bu oyunçular sırasına gənc istedad Arda Gülər, fransalı ulduz Kilian Mbappe, yarımmüdafiəçi Cud Bellinqem və təcrübəli qapıçı Tibo Kurtua daxildir. Mourinyunun rəhbərliyi altında yeni bir era keçməyə hazırlaşan "kral klubu"nun transfer və heyət quruculuğu strategiyası məhz bu adların ətrafında formalaşacaq.

Təcrübəli mütəxəssisin xüsusilə gənc oyunçuların potensialından maksimum yararlanmaq niyyətində olduğu vurğulanır.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər