İyulun 1-dən "Roma"nın "sükanı arxası"nda olacaq Joze Mourinyu Françesko Tottiyə cavab verib.
Fanat.Az-ın məlumatına görə, 58 yaşlı çalışdırıcı "Instagram" hesabında belə yazıb:
"Xoş sözlərin üçün təşəkkür edirəm, Françesko. Təssüf ki, dörd il gecikmişəm. Sənin baş məşqçin olmaqdan zövq alardım".
Qeyd edək ki, "canavarlar"ın canlı əfsanəsi sayılan Totti portuqaliyalını dünyanın ən güclü məşqçisi adlandırmış və onun rəhbərliyi altında oynaya bilmədiyi üçün təəsüfləndiyini söyləmişdi.
Atilla