Joze Mourinyu səhvini boynuna aldı

Joze Mourinyu səhvini boynuna aldı
"Tottenhem”in baş məşqçisi Joze Mourinyu parkda qrup halında məşq keçməyinin səhv addım olduğunu boynuna alıb.
 
Fanat.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcının etirafı belə olub:
"Hərəkətlərimin dövlət protokoluna uyğun olmadığını qəbul edirəm. Təkcə ailəmizlə təmasda olmalıyıq. Hər kəs hökumətin tövsiyələrinə əməl etməlidi. Səhiyyədə çalışan qəhrəmanlarımızı dəstəkləməli və hamımız həyat xilas etmək üçün üzərimizə düşəni etmək məcburiyyətindəyik".
 
Xatırladaq ki, Mourinyunun London parklarının birində keçdiyi məşqdə Tanqay N’Dombele, Rayan Sesenyon və Davinson görüntülənmişdi.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər