Joze Mourinyu "qara zolaq"dan çıxa bilmir

Joze Mourinyu "qara zolaq"dan çıxa bilmir

Bu gecə Joze Mourinyulu "Tottenhem” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Leyptsiq”ə yenilib – 0:1.

Fanat.Az-ın məlumatına görə, Mour 2014-cü ildən bəri bu turnirin pley-off mərhələlərində qələbə üzünə həsrətdi. O, son qələbəsinə "Çelsi”nin "sükanı arxası”nda şahidlik edib. 2014-cü ilin aprelində baş tutan həmin matçda portuqaliyalı PSJ üzərində 2:0 hesablı qələbəyə sevinib.

Belə desək, "qara zolağ”a düşən ünlü çalışdırıcı son 6 ildə 7 dəfə pley-off görüb. Portuqaliyalı 4 dəfə "Çelsi”, 2 dəfə "Mançester Yunayted” və 1 dəfə "Tottenhem”in baş məşqçisi qismində pley-off görüb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər