İtaliya millisinin üzvü "Napoli"yə keçdi

İtaliya millisinin üzvü "Napoli"yə keçdi

İtaliya millisinin üzvü Leonardo Spinatsola "Napoli"yə keçib.

Fanat.Az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, təcrübəli müdafiəçi müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Spinatsolanın son klubu 2019-2024-cü illər aralığında formasını geyindiyi "Roma" olub. O, paytaxt təmsilçisindən anlaşmasının müddəti bitdiyi üçün azad agent qismində ayrılıb. 31 yaşlı arxa xətt oyunçusu geridə qalan mövsümdə "canavarlar"ın forması ilə bütün turnirlərdə 36 matça çıxaraq 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər