İngiltərənin "Brayton" klubunun yarımmüdafiəçisi Moyses Kaysedo növbəti dəfə maraqlı açıqlama ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, "The Telegraph" onun dediklərini belə çatdırıb:
"Əlbəttə, istəyərdim ki, "Arsenal" İPL-in qalibi olsun. Mən buna ümid edirəm. Bu qış "topçular"a qoşulmağa yaxın idim. Transfer alınmadığı üçün çox üzüldüm. "Arsenal" ona görə xoşuma gəlir ki, heyətində gənc, istedadlı oyunçuların sayı çoxdur. Eləcə də klubun sıralarında bir neçə təcrübəli uduz var və bu vəhdət sayəsində böyük hədəflərə doğru irəliləyirlər".
Qeyd edək ki, 32 oyuna 75 xal toplayan "Arsenal" turnir cədvəlində lider mövqeyində qərarlaşıb. 70 xala malik "Mançester Siti" ikinci pillədədir. "Şəhərlilər"in ehtiyatda 2 oyunu da var.
Nihat