"İstəyərdik ki, "Arsenal" qalan oyunlarının birində məğlub olsun" - Pep Qvardiola

"İstəyərdik ki, "Arsenal" qalan oyunlarının birində məğlub olsun" - Pep Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 35-ci turunda "Nottingem Forest" üzərində qazandıqları qələbədən (2:0) sonra apardıqları çempionluq mübarizəsindən danışıb. 

Fanat.Az xəbər verir ki, "The Guardian" ispaniyalı mütəxəssisin sözlərini belə çatdırıb: 

"İstəyərdik ki, "Arsenal" qalan oyunlarından birində məğlub olsun, ancaq bu bizdən asılı deyil. Qarşıda dörd matçları var və bunlardan hansındasa xal itirəcəklərini düşünmürəm. Deməlli, biz bütün qalan oyunlarımızda qələbə qazanmalıyıq".

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 79-a çatdıran "şəhərlilər" hazırda lider "Arsenal"dan 1 xal geri qalırlar. Xosep Qvardiolanın komandası "topçular"dan bir oyun az keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər