İstanbul nəhəngi "Real Madrid"ə rəsmi təklif göndərdi - MƏBLƏĞ

İstanbul nəhəngi "Real Madrid"ə rəsmi təklif göndərdi - MƏBLƏĞ

"Real Madrid"in mərkəz hücumçusu Qonsalo Qarsiya kareyrasını İstanbul nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes" yayıb.

Məlumata görə, onun xidmətində "Beşiktaş" maraqlıdır. Mənbə "ağ-qaralar"ın Madrid klubuna rəsmi təklif göndərdiyini vurğulayıb. "Qara qartal"ın 21 yaşl forvard üçün 25 milyon avro ödəməyə hazır olduğu bildirilib. "Real"ın təklifə münasibəti açıqlanmayıb.

Qarsiya cari mövsüm "kral klubu"nun forması ilə bütün turnirlərdə 26 matça çıxaraq 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər