İstanbul nəhəngi "Mançester Siti"yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

İstanbul nəhəngi "Mançester Siti"yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

"Mançester Siti"nin braziliyalı qapıçı Ederson karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı soaial şbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, "Qalatasaray" 31 yaşlı qolkiperin transferi üçün Mançester təmsilçisinə 10 milyon avroluq təklif göndərib.

Daha öncə "sarı-qırmızılar"ın sözügedən "çərçivə" qoruyucusu ilə şəxsi müqavilənin detallarını razılaşdırdığı bəlli olub.

Qeyd edək ki, Ederson 2017-ci ildən "şəhərlilər"in uğurları üçün çalışır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər