İsrailli futbolçu: "Qarabağ"la matçda qazanılan 3 xal bizim üçün stimuldu"

İsrailli futbolçu: "Qarabağ"la matçda qazanılan 3 xal bizim üçün stimuldu"
"Avrokubok oyununda qələbə hər zaman sevindiricidi". 
Fanat.Az xəbər verir ki, bu sözləri İsrailin "Makkabi" (Təl-Əviv) klubunun futbolçusu Eyal Qolasa Avropa Liqasının I qrupunun ilk turunda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan danışarkən deyib.
"Düşünürəm ki, Avropa Liqasına yaxşı start verdik. İlk matçda qazandığımız 3 xal növbəti oyunlar üçün stimuldur. İndi isə bizi qarşıda "Hapoel"lə çempionatı oyunu gözləyir" deyə israilli futbolçu bildirib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər