İsrail millisinin sabiq üzvü "Neftçi"yə gəlir - SON DURUM

İsrail millisinin sabiq üzvü "Neftçi"yə gəlir - SON DURUM
Əmir Ağayev "Sumqayıt”ın yeni anlaşma təklifini dəyərləndirməyə tələsmir.
Fanat.Az-ın əldə etdiyi ən son məlumata görə, "Neftçi”nin maraqlandığı (idman direktoru Ceyhun Sultanovun şəxsən əlaqə saxlayıb) yarımmüdafiəçi   öncə "ağ-qaralar”ın təklifini dəyərləndirmək istəyir. 
Ötən il (yanvarın 31-də) transfer edilən orta xətt oyunçusunun "kimyaçılar”la imzaladığı ilyarımlıq müqavilənin müddəti yayda başa çatacaq. Düzdü, bu yaxınlarda sosial şəbəkədəki əxlaq normalarına zidd paylaşımına görə mətbuatda sərt tənqid edilən futbolçu "Sumqayıt”a da "yox” deməyib. Ancaq klub prezidenti Riad Rəfiyevin şəxsən transfer etdiyi Əmir daha iddialı komandada top qovmaq, Azərbaycan millisinə çağırılmaq istəyir. Digər tərəfdən, ortada futbolçuya təklif olunan maaşlar arasındakı ciddi fərq də var. Təbii, Ağayevə Bakı təmsilçisinin vermək istədiyi  əməkhaqqını boyun olmaq "Sumqayıt”ın büdcəsinə uyğun deyil.
Hazırda Premyer Liqanın taleyinə rəsmi şəkildə aydınlıq gəlmədiyindən tərəflər gözləmə mövqeyində olsalar da, İsrailin U-21 millisinin sabiq üzvünün "Sumqayıt”ı "Neftçi”yə dəyişməkdə qərarlı olması dəqiqdi.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər