İspaniya nəhəngi "Arsenal"ın ulduzuna elçi düşdü

İspaniya nəhəngi "Arsenal"ın ulduzuna elçi düşdü

Müdafiə xəttində ciddi problemlər yaşayan "Barcelona" yay transfer pəncərəsi öncəsi hədəflərini müəyyənləşdirib.

Fanat.Az "MailSport" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Arsenal"ın müdafiəçisi Piero Hinkapie ilə yenidən yaxından maraqlanmağa başlayıb.

Klubun idman direktoru Deko artıq gənc istedadın transfer şərtləri ilə bağlı ilkin araşdırmalara start verib.

Lakin İspaniya klubunun maliyyə vəziyyəti və mövcud şərtlər bu müqavilənin reallaşmasını olduqca çətinləşdirir. Buna baxmayaraq, "Barsa" rəhbərliyinin oyunçu üçün bütün imkanları səfərbər edəcəyi vurğulanır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər