"Qarabağ" Dani Kuintananın transferini həll edib. Fanat.az хəbər verir ki, Ağdam klubu ispan futbolçu ilə rəsmi müqavilə imzalayıb.
Anlaşmaya əsasən Dani Kuintana qarşıdakı 3 ildə "Qarabağ"ın formasını geyiəcək. O, bu mövsüm artıq iki klubda çıхış etdiyindən indi Ağdam klubunun formasını geyinə bilməyəcək. Beləliklə müqavilə yaydan etibarən qüvvəyə minəcək.
Qeyd edək ki, “Valensiya”nın yetirməsi olan Daniel Kuintana Sosa “Qarabağ”a Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubundan gəlib. Futbolçu mövsümün ilk dövrəsində isə Polşa “Yaqelloniya”sında çıxış edib. O, əvvəllər İspaniyanın "Puçol", "Ontinyent", "Alzira", "Rasinq Ferrol", "Hurakan", "Olimpik Xativa" və "Gimnastik" klublarında top qovub.
Fanat.az