İsa Qəmbər "Qarabağ"dan danışdı

İsa Qəmbər "Qarabağ"dan danışdı
İsa Qəmbər "Qarabağ"ı təbrik edib. Fanat.az xəbər verir ki, Musavat Partiyasının başqanı "Facebook" səhifəsində Azərbaycan çempionunun uğuruna münasibət bildirib:
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinə keçdi. Bu münasibətlə bütün xalqımızı, futbol azarkeşlərini, “Qarabağ”ın bütün heyətini və ilk növbədə bu uğurun memarı Qurban Qurbanovu təbrik edirəm! Qurban Qurbanov və futbolçularımız istedad, peşəkarlıq, fədakarlıq və əzm göstərərək qələbəyə ehtiyacı olan xalqımıza yaxşı bir uğur yaşatdılar. İnanıram ki, bu uğurların davamı gələcək. Həm futbol meydanında, həm də digər mübarizə meydanlarında. Bir futbol ili boyu “Qarabağ” Avropa səviyyəli yarışlarda iştirak edəcək, Qarabağ adı, problemi, ağrısı Azərbaycan adından Avropaya, dünyaya təqdim olunacaq. Mən inanıram ki, bu, istər torpaqlarımızın azad edilməsi yolunda, istərsə də ölkəmizin Avropaya inteqrasiyası yolunda bir addım olacaq. Və addımların davamı gələcək! Uğurlar olsun, Qarabağ! Uğurlar olsun, Qurban!"
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər