İqnasio Errera "Neftçi"də qazandığını açıqladı

İqnasio Errera "Neftçi"də qazandığını açıqladı
"İstəsəydim, evimin yanında olan bir klubda 10 il oynayardım. Şərtlər məni ekzotik ölkələrə apardı. Məncə, xaricə yollanmaq həyatımın ən yaxşı qərarı idi".
Fanat.Az-ın məlumatına görə, bunu "Neftçi"nin sabiq futbolçusu İqnasio Errera deyib.
Bu ilin əvvəlində "Palestino"dan Ekvador təmsilçisi "Musuk Runa"ya keçən 33 yaşlı yarımmüdafiəçi yerli mətbuata maraqlı müsahibə verib. Çilili oyunçu Avropada topladığı təcrübədən də danışıb: 
"Qazaxıstan və Azərbaycan kimi ölkələrdə oynamaqla dünyanı tanıdım, olduğum yerlərdə insanların sevgisini qazandım. Bunların mənə qazandırdığı mədəniyyət təcrübəsi inanılmazdır. Bu, futbol oynamaqdan və davamlılığı təmin etməkdən yaxşıdır".
Qeyd edək ki, İqnasio Errera 2017-2018-ci illər aralığında "Neftçi"də top qovub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər