Bu gün İngiltərə Premyer Liqasında XII tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun son oyun günündə "Mançester Siti" "Everton"u, "Tottenhem" "Lids"i sınağa çəkib.
"Şəhərlilər" rəqibini darmadağın edərək turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Hotspur təmsilçisi isə "doğma divarlar arası"nda əzmkar qələbəyə sevinib.
İngiltərə Premyer Liqası
XII tur
21 noyabr
Mançester Siti – Everton 3:0 Qollar: Sterlinq, 44. Rodri, 55. B.Silva, 86. Tottenhem – Lids 2:1 Qollar: Hoybyerq, 58. Regilon, 69 – D.Ceyms, 44. 20 noyabr
Lester – Çelsi 0:3 Qollar: Rudiger, 14. Kante, 28. Pulişiç, 71.
Aston Villa – Brayton 2:0 Qollar: Uotkins, 84. Minqs, 89.
Börnli – Kristal Pelas 3:3 Qollar: B.Mi, 19. Vud, 27. Korne, 49 – Benteke, 8; 36. Quehi, 42.
Vulverhempton – Vest Hem 1:0 Qollar: Ximenes, 58.
Norviç – Sauthempton 2:1 Qollar: Pukki, 7. Henli, 79 – Adams, 4.
Nyukasl – Brentford 3:3 Qollar: Laskelles, 10. Joelinton, 39. Sent-Maksimin, 75 – Toni, 111. Henri, 31. Laskelles, 61-öz qapısına.
Uotford – Mançester Yunayted 4:1 Qollar: Kinq, 28. Sarr, 44. Pedro, 90+2. Dennis, 90+6 – Van De Beek, 50.
Liverpul – Arsenal 4:0 Qollar: Mane, 39. Jota, 52. Salah, 74. Minamino, 77.