İPL: "Liverpul" - "Mançester Siti" dueli heç-heçə bitdi

İPL: "Liverpul" - "Mançester Siti" dueli heç-heçə bitdi

Futbol üzrə İngiltərə Premyer Liqasında bu gün VII tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə dörd görüş reallaşıb.   Dörd qolun vurulduğu “Kristal Pelas” – “Lester Siti” matçında bərabərlik qeydə alınıb. “Vest Hem” evdə “Brentford”a yenilibsə, “Tottenhem” “Aston Villa”nı məğlubiyyətə uğradıb.   Turun mərkəzi görüşündə lider “Liverpul” ən yaxın izləyicisi “Mançester Siti” ilə münasibətlərinə aydınlıq gətirib. Baxımlı və bol qollu alınan duel heç-heçə yekunlaşıb.

İngiltərə Premyer Liqası VII tur

3 oktyabr

Vest Hem – Brentford 1:2

Qollar: Bouen, 80 – Mbeumo, 20. Vissa, 90+4.   Kristal Pelas – Lester Siti 2:2 Qollar: Olise, 61. Şlupp, 72 – İheanaço, 31. Vardi, 37.   Tottenhem – Aston Villa 2:1 Qollar: Hoybyerq, 27. Targett, 71-öz qapısına – Uotkins, 67.   Liverpul – Mançester Siti 2:2 Qollar: Mane, 59. Salah, 76 – Foden, 69. De Bröyne, 81.

2 oktyabr

15:30. Mançester Yunayted - Everton 1:1 Qollar: Marsyal, 43 - Taunsend, 65

18:00. Börnli - Norviç Siti 0:0

18:00. Vulverhempton - Nyukasl 2:1 Qollar: Hvan Hi Çan, 20, 58 - Hendrik, 41

18:00. Lids - Uotford 1:0 Qol: Lorente, 18

18:00. Çelsi - Sauthempton 3:1 Qollar: Çaloba, 9, Verner, 84, Çiluell, 89 - Uord-Prouz, 60 pen,

20:30. Brayton - Arsenal 0:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər