İPL: “Arsenal"la "Liverpul"un duelində qalib olmadı, MS zirvədə qaldı

İPL: “Arsenal"la "Liverpul"un duelində qalib olmadı, MS zirvədə qaldı

İngiltərə Premyer Liqasında 9-cu tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün 4 oyun baş tutub.

“Tottenhem” səfərdə “Kristal Pelas”a, “Mançester Yunayted” isə “Vest Hem”ə uduzub. “Çelsi” “Nyukasl”la ev oyunundan qalib ayrılıbsa, turun mərkəzi görüşündə - “Arsenal”la “Liverpul”un duelində qalib müəyyənləşməyib.

Hazırda 23 xala malik “Mançester Siti” vahid liderdir. “Liverpul” 22, “Arsenal” və “Aston Villa” 18, “Çelsi” 17, “Brayton” və “Nottingem Forest” 16, “Tottenhem” və “Brentford” 13 xal toplayıblar.

İngiltərə Premyer Liqası 9-cu tur 25 oktyabr

Lester Siti – Nottingem Forest 1:3 Qollar: Vardi, 23 – Yates, 16. Vud, 47; 60.

26 oktyabr

Aston Villa – Bornmut 1:1 Qollar: Barkli, 76 – Evanilson, 90+6.

Brentford – İpsviç Taun 4:3 Qollar: Vissa, 44. Klark, 45+1-öz qapısına. Mbeumo, 51-pen; 90+6 – Şmodiks, 28. Hörst, 31. Delap, 86.

Brayton – Vulverhempton 2:2 Qollar: Uelbek, 45. Ferquson, 85 – Ait-Nuri, 88. Kunya, 90+3.

Mançester Siti – Sauthempton 1:0 Qol: Holand, 5.

Everton – Fulhem 1:1 Qollar: Beto, 90+4 – İvobi, 61.

27 oktyabr

Çelsi – Nyukasl 2:1 Qollar: N.Cekson, 18. Palmer, 47 – A.İsak, 32. 

Kristal Pelas – Tottenhem 1:0 Qol: Mateta, 31.

Vest Hem – Mançester Yunayted 2:1 Qollar: Sammervill, 74. Bouen, 90+2-pen – Kazemiro, 81.

Arsenal – Liverpul 2:2 Qollar: Saka, 9. Merino, 43 – Van Deyk, 18. Salah, 81.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər