İPL: “Arsenal"a bir qol bəs etdi

İPL: “Arsenal"a bir qol bəs etdi

İngiltərə Premyer Liqasında 18-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son oyun günündə 2 görüş baş tutub.

"Brayton" – "Brentford" matçı qolsuz bərabərliklə bitib. "Arsenal" isə evdə "İpsviç Taun"u minimal hesabla yenib.

Hazırda İPL-in turnir cədvəlinə 42 xalı olan “Liverpul” başçılıq edir. “Arsenal” 36, “Çelsi” 35, “Nottingem Forest” 34, “Nyukasl” və “Bornmut” 29, “Mançester Siti”, “Fulhem” və “Aston Villa” 28 xal toplayıb.

İngiltərə Premyer Liqası 18-ci tur 26 dekabr

Mançester Siti – Everton 1:1 Qollar: B.Silva, 14 – Ndiaye, 36.

Bornmut – Kristal Pelas 0:0

Çelsi – Fulhem 1:2 Qollar: Palmer, 16 – H.Uilson, 82. R.Munis, 90+5.

Nyukasl – Aston Villa 3:0 Qollar: Qordon, 2. A.İsak, 59. Joelinton, 90+1.

Nottingem Forest – Tottenhem 1:0 Qol: Elanqa, 28.

Sauthemtpon – Vest Hem 0:1 Qol: Bouen, 59.

Vulverhempton – Mançester Yunayted 2:0 Qollar: Kunya, 58. Hvanq, 90+9.

Liverpul – Lester Siti 3:1 Qollar: Qakpo, 45+1. K.Cons, 49. Salah, 82 – Ayyu, 6.

27 dekabr

Brayton – Brentford 0:0

Arsenal – İpsviç Taun 1:0 Qol: Haverts, 23.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər