İPL: “Çelsi” “Arsenal”a da uduzdu

İPL: “Çelsi” “Arsenal”a da uduzdu

İngiltərə Premyer Liqasında 34-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

Çempionluq uğrunda mübarizə aparan “Arsenal” London derbisində “Çelsi”ni qəbul edib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.

Bu nəticədən sonra 78 xala malik “Arsenal” vahid liderdir. İki oyun az keçirmiş “Mançester Siti” 76 xalla ikinci, “Nyukasl” 65 xalla üçüncüdür. “Mançester Yunayted”in 63, “Liverpul”un 56, “Tottenhem”lə “Aston Villa”nın 54, “Çelsi”nin 39 xalı var.

İngiltərə Premyer Liqası 34-cü tur 29 aprel

Kristal Pelas – Vest Hem 4:3 Qol: Ayyu, 15. Zaha, 20. Şlupp, 30. Eze, 66-pen – Souçek, 9. M.Antonio, 36. Aqerd, 72.

Brentford – Nottingem Forest 2:1 Qol: Touni, 82. Dasilva, 90+4 – Danilo, 45+1.

Brayton – Vulverhempton 6:0 Qol: Undav, 6; 66. Qross, 13; 26. Uelbek, 39; 48.

30 aprel

Bornmut – Lids 4:1 Qol: Lerma, 20; 24. Solanke, 63. Semenyo, 90+1 – Bamford, 32.

Fulhem – Mançester Siti 1:2 Qol: K.Vinisius, 15 – Haland, 3-pen. X.Alvares, 36.

Mançester Yunayted – Aston Villa 1:0 Qol: B.Fernandes, 39.

Nyukasl – Sauthempton 3:1 Qol: K.Uilson, 54; 81. Uolkot, 79-öz qapısına – Armstronq, 41.

Liverpul – Tottenhem 4:3 Qol: Cons, 3. Dias, 5. Salah, 15-pen. Jota, 90+5 – Keyn, 39. Son, 77. Rişarlison, 90+3.

1 may

Lester Siti – Everton 2:2 Qol: Ç.Söyüncü, 22. Vardi, 33 – Levin, 15. İvobi, 54.

2 may

Arsenal – Çelsi 3:1 Qol: Edeqor, 18; 31. Q.Jezus, 34 – Madueke, 65.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər