İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Fanat.Az xəbər verir ki, sözügedən çempionatın rəsmi "X" hesabı bu ada aralarından birinin layiq görüləcəyi 8 futbolçunun siyahısını təqdim edib.
Namizədlər 7 klubun - "Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Çelsi", "Brentford", "Hall Siti" və "Nyukasl"ın üzvüdür:
Namizədlərin tam siyahısı:
- Rikkardo Kalafiori (Arsenal) – 2 məhsuldar ötürmə. - Rayan Şerki (Mançester Siti) – 2 qol və 2 məhsuldar ötürmə. - Brunu Fernandeş (Mançester Yunayted) – 3 qol və 1 məhsuldar ötürmə. - Koul Palmer (Çelsi) – 2 qol və 1 məhsuldar ötürmə. - Joao Pedro (Çelsi) – 2 qol və 2 məhsuldar ötürmə. - Mamadu Sanqare (Brentford) – 1 məhsuldar ötürmə. - Konstantinos Tsolakis (Hall Siti). - İoan Vissa (Nyukasl) – 1 qol və 1 məhsuldar ötürmə.
Qalib səsvermənin nəticələrinə əsasən müəyyənləşəcək. Avqust ayı üçün Premyer Liqanın ən yaxşı futbolçusunun adı 11 sentyabrda açıqlanacaq.