İPL: “Arsenal”dan darmadağın, MY-dən xal itkisi

İPL: “Arsenal”dan darmadağın, MY-dən xal itkisi

İngiltərə Premyer Liqasında 27-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 4 görüş tutub.

“Mançester Yunayted” “Sauthempton”la ev oyununda xal itirib. “Vest Hem” - “Aston Villa” matçı da heç-heçə yekunlaşıb. “Nyukasl” - “Vulverhempton” matçında meydan sahibləri qalib gəliblər. Səfərdə “Fulhem”lə qarşılaşan lider “Arsenal” isə darmadağına sevinib.

Hazırda 66 xala malik “Arsenal” vahid liderdir. İkinci pillədəki “Mançester Siti”nin 61, üçüncü olan “Mançester Yunayted”in isə 50 xalı var. “Tottenhem” 48, “Nyukasl” 44, “Liverpul” 42, “Çelsi” 37 xal toplayıb.

İngiltərə Premyer Liqası 27-ci tur 11 mart

Bornmut – Liverpul 1:0 Qol: Billinq, 28.

Everton – Brentford 1:0 Qol: Maknil, 1.

Lids – Brayton 2:2 Qol: Bamford, 40. Harrison, 78 – Makallister, 33. Harrison, 61-öz qapısına.

Lester Siti – Çelsi 1:3 Qol: Daka, 39 – Çilluel, 11. Haverts, 45+6. Kovaçiç, 78.

Tottenhem – Nottingem Forest 3:1 Qol: Keyn, 19; 35-pen. Son, 62 – Vorrail, 81.

Kristal Pelas – Mançester Siti 0:1 Qol: Haland, 78-pen.

12 mart

Fulhem – Arsenal 0:3 Qol: Qabriel, 21. Martinelli, 26. Edeqor, 45+2.

Mançester Yunayted – Sauthempton 0:0

Vest Hem – Aston Villa 1:1 Qol: Benrahma, 26 – Uotkins, 17.

Nyukasl – Vulverhempton 2:1 Qol: İsak, 26. Almiron, 79 – Hvanq, 70.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər