İPL: “Arsenal” liderliyi “Mançester Siti”yə təhvil verdi

İPL: “Arsenal” liderliyi “Mançester Siti”yə təhvil verdi

İngiltərə Premyer Liqasında 12-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Fanat.Az xəbər verir ki, lider “Arsenal” doğma meydanda əsas izləyicisi “Mançester Siti” ilə qarşılaşıb.

Dörd qolun qeydə alındığı matç qonaqların 3:1 hesablı qələbəsiylə yekunlaşıb.

Bu nəticədən sonra “Mançester Siti” xalını (51) “Arsenal”la bərabərləşdirib. Nəticədə bu komanda əlavə göstəricilərə görə zirvəyə yüksəlib, “Arsenal” isə ikinci pilləyə düşüb. “Topçular”ın ehtiyatda daha bir təxirə salınmış oyunu var.

İngiltərə Premyer Liqası 12-ci turun oyunu 15 fevral

Arsenal – Mançester Siti 1:3 Qol: Saka, 42-pen – De Bruyne, 24. Qriliş, 72. Haland, 82.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər