“İnter”lə “Napoli”dən xal itkisi

“İnter”lə “Napoli”dən xal itkisi

İtaliya A Seriyasında 18-ci tura start verilib.

Fanat.Az xəbər verir ki, ilk gündə dörd görüş baş tutub.

Son çempion “Napoli” “Montsa” ilə ev oyununda xal itirib. “Cenoa”nın qonağı olan lider “İnter” də turu xal itkisi ilə başa vurub. “Fiorentina” evdə “Torino”ya, “Latsio” isə “Frozinone”yə qalib gəlib.

İtaliya A Seriyası 18-ci tur 29 dekabr

Fiorentina – Torino 1:0 Qol: Ranyeri, 83.

Napoli – Montsa 0:0

Cenoa – İnter 1:1 Qollar: Draquşin, 45+7 – Arnautoviç, 42.

Latsio – Frozinone 3:1 Qollar: Kastelyanos, 71. İsaksen, 72. Patrik, 84 – Soule, 57-pen.

30 dekabr

15:30. Atalanta – Leççe 18:00. Kalyari – Empoli 18:00. Udineze – Bolonya 21:00. Milan – Sassuolo 21:00. Verona – Salernitana 23:45. Yuventus - Roma

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər