“İnter”lə “Milan” xal itirdi, “Napoli” qalib gəldi

“İnter”lə “Milan” xal itirdi, “Napoli” qalib gəldi

İtaliya A Seriyasında 29-cu tura start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.

“İnter” səfərdə “Salernitana”, “Milan” isə evdə “Empoli” ilə oyundan xal itkisi ilə ayrılıb. Səfərdə “Leççe” ilə üz-üzə gələn lider “Napoli” turu qələbə ilə başa vurub.

İtaliya A Seriyası 29-cu tur 7 aprel

Salernitana – İnter 1:1 Qol: Kandreva, 90 – Qosens, 6.

Leççe – Napoli 1:2 Qol: Di Françeskoo, 52 – Di Lorentso, 18. Qallo, 64-öz qapısına.

Milan – Empoli 0:0

8 aprel

14:30. Udineze – Montsa 16:30. Fiorentina – Spetsiya 18:30. Atalanta – Bolonya 18:30. Sampdoriya – Kremoneze 20:30. Torino – Roma 20:30. Verona – Sassuolo 22:45. Latsio - Yuventus

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər