“İnter" “İnter”dir. Onlar A Seriyasının ən yaxşı komandasıdır. "İnter"in bütün mövqelərində ac vəhşilər var. Bu matçda biz hücuma diqqət yetirərək oynadıq. Sadəcə, “İnter” yaxşı olduğu üçün daha çox qol vurmadıq. Komandamdan məyus olduğumu deyə bilmərəm. Cədvəldə orta yerlərdə olan komandaya qarşı oynasaydıq, şübhəsiz, qalib gələrdik”.
Fanat.Az DAZN-a istinadən xəbər verir ki, bu sözləri "Roma"nın baş məşqçisi Joze Mourinyu İtaliya A seriyasının 34-cü turunda "İnter"ə 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Portuqaliyalı çalışdırıcı "İnter"in bu mövsüm ölkə çempionatının qalibi olmasını istədiyini söyləyib: “Mən “İnter”i, “İnter” də məni sevir. Amma hər matçda qalib gəlmək istəyirəm. İndi etiraf edə bilərəm ki, "İnter"in skudettonu qazanmasını istəyirəm. Bunu əvvəllər deyə bilməzdim. Çünki bu, mənim işimdir və bizə qalib gəlmək üçün pul verilir”.
Qeyd edək ki, "İnter" A seriyasında 72 xalla 1-ci, "Milan" 71 xalla 2-ci, "Napoli" isə 67 xalla 3-cüdür. 58 xalla 5-ci pillədə olan "Roma" isə çempionluq şanslarını itirib.