“İnter”in 5 futbolçusu “Qarabağ”la oyunu buraxacaq

“İnter”in 5 futbolçusu “Qarabağ”la oyunu buraxacaq

Azərbaycan kubokunun yarımfinal matçında “Qarabağ”la qarşılaşacaq Bakı “İnter”i oyuna ciddi itkilərlə çıxacaq.

Klubun mətbuat xidmətindən Fanat.az-a verilən məlumata görə, komandanın beş aparıcı üzvü bu vacib qarşılaşmanı buraxacaq.

Sarı vərəqə limitini dolduran paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli Ağdam klubu ilə görüşdə komandasına kömək edə bilməyəcək. Bundan başqa zədəli Nizami Hacıyev, Kamran Ağayev və İlkin Qırtımovun sırasına Elnur Abdullayev də qoşulub. 

Qeyd edək ki,  aprelin 27-də keçiriləcək  “İnter” – “Qarabağ” oyunu saat 16:00-da başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər