"İnter"in sahibi Stiven Çjana məxsus Çinin "Suning" televiziyası İtaliya A Seriyasının 37-ci turu çərçivəsində "neradzurri"nin "Napoli" ilə oynadığı matçla (2:0) bağlı qeyri-adi anons hazırlayıb.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, anons zamanı məşhur Milan kafedralının üzərində "Barselona"nın hücumçusu Lionel Messinin silueti göstərilib. Bir müddət sonra "Sunning" sözügedən şəkli silib.
Daha öncə Messinin 2021-ci ildə "İnter"ə keçəcəyinə dair xəbərlər yayılmışdı.
Fanat.Az