İngiltərə klubu baş məşqçisini qovdu, yerini sabiq "Arsenal"lı tutdu

İngiltərə klubu baş məşqçisini qovdu, yerini sabiq "Arsenal"lı tutdu

İngiltərənin "Norviç Siti" klubunun rəhbərliyi əsas komandanın baş məşqçisi Yohannes Hoff Torupu istefaya göndərib.

Fanat.Az Çempionşip təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, onun yerini müvəqqəti olaraq "Arsenal"ın sabiq futbolçusu Cek Uilşir tutacaq.

Bunadək baş məşqçinin köməkçilərindən biri qismində fəaliyyət göstərən Uilşir sözügedən kollektivi qarşıdakı iki çempionat matçına çıxaracaq.

44 oyuna 53 xal toplayan "Norviç Siti" Çempionşipin turnir cədvəlində 14-cü pillədə mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər