"İndi "Qarabağ"la oyun haqda düşünə bilərik" - Pap Quye

"İndi "Qarabağ"la oyun haqda düşünə bilərik" - Pap Quye

"İndi "Qarabağ"la oyun haqda düşünə bilərik".

Fanat.Az xəbər verir ki, bunu "Olimpik Marsel"in futbolçusu Pap Quye Fransada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə deyib.

Seneqallı yarımmüdafiəçi "Laprovence" saytına açıqlamasında vəziyyəti belə dəyərləndirib:

"Mets" üzərində 2:1 hesablı qələbədən sonra komanda rahat nəfəs almağa başlayıb. Amma arxayınlaşmağa əsas yoxdur. Qarşıda çətin oyunlarımız var. İnanıram ki, uğurlu matçlarımızın davamı gələcək".

Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" görüşünün start fiti Bakı vaxtı ilə saat 00:00-da səsləndiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər