"İnanmıram ki, Qarabağ" bu oyunda..." - Rauf Əliyev

"İnanmıram ki, Qarabağ" bu oyunda..." - Rauf Əliyev

UEFA Avropa Liqasında H qrupunda yer alan "Qarabağ" bu gün  Almaniyanın "Bayer Leverkuzen" komandasını qəbul edəcək. Azərbaycan millisinin və "Qarabağ"ın sabiq hücumçusu Rauf Əliyevlə  əlaqə saxlayıb təmsilçimizin qrupdakı dördüncü oyunu barədə nə düşündüyünü soruşduq. 

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Hər halda, bu oyun birinci oyundan fərqli olacaq. İnanmıram ki, "Qarabağ" bu oyunda böyük hesabla məğlub ola. Azarkeşlərin önündə oynadığı üçün daha inamlı olacaq. Bu oyunda "Qarabağ" 1 xal qazana bilər. İlk oyundan fərqli olaraq, "Bayer Leverkuzen" bu qarşılaşmaya çox da ciddi yanaşmaması mümkündür. İlk qarşılaşmadakı qalibiyyət onları rahatlaşdıra bilər. "Qarabağ " evdə oynayır və 1 xal qazana bilər. Növbəti mərhələyə yüksəlmək üçün qupda "Qarabağ"ın əsas rəqibi "Molde"dir".

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Bayer" oyunu 21:45-də başlayacaq.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər